3 Sentyabr 12:57
3 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinə nəzarətin bir beynəlxalq özəl şirkətə verilməsini istəyir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Tatevik Ayrapetyan deyib.

“Bu ideyanı Paşinyandan əvvəl ona yaxın olan müxtəlif qərbyönlü ekspertlər gündəmə gətiriblər. Əslində, bu, Qərb, daha dəqiq desək, ABŞ-ın təklifidir. Məqsəd Rusiya və İrandan yan keçməklə Mərkəzi Asiyanı Azərbaycan və Ermənistan ərazisi ilə Avropaya birləşdirməkdir. Qənaətimə görə, Bakı bu təkliflə razı deyil. Amma Paşinyan bunu təkrarlamaqda davam edir. Bu, Əliyevə (Prezident İlham Əliyev – red.) işarədir ki, Paşinyan güzəştə getməyə hazırdır”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər