4 Sentyabr 15:53
2 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Ermənistan parlamentinin müvafiq komitəsində yeni Konstitusiyanın müzakirəsinə start veriləcək.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Qriqor Minasyan deyib.

“Sabah komitənin iclasında Konstitusiya İslahatları Şurasının üzvü Daniel İoannisyanın Konstitusiya reqlamentinə yenidən baxılması təklifi müzakirə olunacaq. Referendumla yox, dəyişdirilə bilən konkret maddələrin müzakirəsi təklif olunub. Yeni ideyadır, müzakirə edəcəyik və şura qərar verəcək. 2027-ci ildə Konstitusiya referendumunun keçiriləcəyi ilə bağlı ilkin təsəvvür var.

O vaxta qədər vacib olan budur: kifayət qədər vaxtımız var ki, ətraflı şəkildə, ictimai müzakirələr vasitəsilə, peşəkar ictimaiyyətlə, şuranın özü və işə götürülən mütəxəssislərlə işləyək, sakit şəkildə ətraflı təhlil aparaq.

Artıq səs verdiyimiz və müzakirə etdiyimiz məsələlər mövcuddur, amma görəcəyimiz çox iş var. Demək olar ki, sabah yeni Konstitusiya və yeri gəlmişkən, yeni ideyaların müzakirəsinə start verilir”, - nazir bildirib.

Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi rəsmi Bakının tələbidir. Bakı bunun sülh müqaviləsinin imzalanması üçün yeganə maneə olduğunu bəyan edib. Gözlənilən referendumla müvafiq maddələrin Konstitusiyadan çıxarılacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər