3 Sentyabr 12:14
8 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan və komandasının üzvləri ləğv edilmiş separatçı rejimin yaradılmasının 33-cü ildönümü ilə bağlı heç bir mesaj verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazır.

Erməni nəşrinin fikrincə, Ermənistan hökuməti bu separatçı məsələni tamamilə bağlayıb.

“Ermənistanda dövlət səviyyəsində bu səhifə bağlanıb, buna görə də heç bir tədbir təşkil olunmadı və heç bir mesaj verilmədi”, - məqalədə deyilir.

“Joqovurd” qeyd edir ki, ilk dəfədir Ermənistanda hökumət səviyyəsində bu qondarma günü yada salan olmayıb:

“Dünən Ermənistanda nəinki dövlət səviyyəsində heç bir tədbir keçirilmədi, hətta hakimiyyət təmsilçilərindən heç biri həmin gün münasibəti ilə mesaj göndərməyi belə zəruri saymadı. Dünən Nikol Paşinyan və hakim partiyanın üzvləri yeni tədris ili münasibətilə bir-birinin ardınca gözəl mesajlar verdilər, amma Qarabağ haqda bir söz belə deyilmədi.

Üstəlik, həmin gün Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla regional turneyə çıxmaq qərarına gəldi - əvvəl Sünik (Zəngəzur), sonra Tavuşda oldular”.

Qeyd edək ki, Nikol Paşinyanın ötən il “separatçıların müstəqillik günü” ilə əlaqədar irihəcmli mesajı Azərbaycan tərəfindən sərt təpki ilə qarşılanmışdı. Mesajdan bir neçə gün sonra – sentyabrın 19-da Azərbaycan ordusunun separatçıların təxribatlarına cavab olaraq başladığı antiterror tədbirləri qondarma qurumun ləğvi ilə başa çatmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər