6 Sentyabr 21:42
4 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla yanaşı, Rusiya və İran da Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyasının çıxarılmasını istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

“Rusiya və İran da Cənubi Qafqazda qeyri-regional qüvvələrin mövcudluğundan narazıdır, söhbət Ermənistandakı AB missiyasından gedir. Həm Rusiya, həm də regionun digər ölkələri obyektiv olaraq müşahidə missiyasının əleyhinədir. Çünki Qərbin mövcudluğu onların həyati maraqlarına xələl gətirir. Ermənistan tərəfi iddia edə bilər ki, missiya Azərbaycanı dayandırmaq üçündür, amma hərbi toqquşma olacağı təqdirdə onlar heç bir rol oynamayacaqlar, silahsız müşahidəçilər mümkün hücumun qarşısını heç bir şəkildə ala bilməyəcəklər”, - məlumatda deyilir.

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bundan öncə söyləmişdi ki, Ermənistan-Azərbaycan sərhədində işləyən AB missiyası Rusiya, Azərbaycan və İrana qarşı monitorinq adı altında kəşfiyyat məlumatları toplayır.

Erməni nəşri bu mövzuda İranın adını çəksə də, Tehran indiyədək bu barədə rəsmi və açıq şəkildə öz etirazını bildirməyib. Ermənistanın atdığı bütün addımlar İran tərəfindən qeyd-şərtsiz dəstəklənir. Hər halda Tehranın bu loyallığı təsadüfi olmamalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər