3 Sentyabr 21:07
1 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan öz dövlətçiliyini qurmaq yolundadır, bu işdə Avropa bizə kömək edir, Rusiya isə əngəl törədir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Akop Aslanyan deyib.

Onun fikrincə, Rusiya Ermənistanda öz hakimiyyətini bərqərar etmək, Zəngəzur dəhlizini ələ keçirmək və bütün məsələləri bağlamaq istəyir.

“Rusiya Ermənistanı müstəqil dövlət kimi görmək istəmir və Avropa onun qurulması yolunda bizə kömək edəcəyini bildirir. Bütün fərq budur. Biri bizə kömək edir, digəri isə mane olur”, - Aslanyan əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər