19 Fevral 2019 14:00
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bugünkü plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Hadı Rəcəbli məlumat verib.

Millət vəkili bildirib ki, bu dəyişiklik aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşmasına xidmət edir.

“Qanuna edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bu vaxta qədər pensiyanın minimum məbləği 116 manat idi, lakin 80 manat da pensiya alan var idi. Bu dəyişiklikdən sonra təkcə 9 min nəfərin pensiyası iki dəfə artmış olacaq”.

Qanun səsə qoyularaq qəbul edilib. Dəyişiklik mart ayının 1-dən qüvvəyə minir.


Müəllif: Gülxar

Oxşar xəbərlər