Azərbaycan Vergilər Nazirliyində ABŞ-ın Daxili Gəlirlər Xidmətinin nümayəndə heyəti ilə “Məlumatların təhlükəsizliyinin təmin edilməsi və infrastrukturu” mövzusunda görüş keçirilib.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, vergilər nazirinin birinci müavini Natiq Əmirov gəlirlərin gizlədilməsi və vergidən yayınma ilə mübarizə aparılmasında FATCA ilə Vergilər Nazirliyinin birgə gördüyü işlərin əhəmiyyəti və mövcud vəziyyət barədə görüş iştirakçılarına məlumat verib.
Görüşdə həmçinin məlumatların təhlükəsizliyinin təmin edilməsi tədbirləri və infrastruktur üzrə iş kitabının məqsədləri, normativ-hüquqi baza, informasiya təhlükəsizliyinin idarə edilməsi, nəzarət və icranın təmin edilməsi və s. mövzular müzakirə edilib.
ABŞ-ın Daxili Gəlirlər Xidmətinin nümayəndələri Vergilər Nazirliyi ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib və qarşılıqlı məlumat mübadiləsi ilə əlaqədar bu qurum tərəfindən üzərilərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəklərini bildiriblər.
Naibə