Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə keçmiş namizədi Məhərrəm İncə bu gün İstanbul bələdiyyə başqanı vəsiqəsini alan Əkrəm İmamoğlunu sosial şəbəkə üzərindən təbrik edib.
Teleqraf.com xəbər verir ki, M.İncə Ə.İmamoğluna uğurlar arzulayıb.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə CHP-nin İstanbuldan olan namizədi Ə.İmamoğlu keçmiş baş nazir Binəli Yıldırıma qalib gəlib.