8 May 2019 23:50
1 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya XİN “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın müasir formalarının və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzəsini açıqlayıb.

Bildirilir ki, məruzə dünyanın bir sıra ölkələrində müşahidə olunan nasizm, neonasizm, ksenofobiya və onlarla bağlı dözümsüzlük hallarının artmasına beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək istiqamətində Rusiya XİN-in səylərinin davamıdır.

Məruzədə vurğulanır ki, Ermənistanın keçmiş hakim Respublika Partiyası barəsində Üçüncü Reyx ilə əməkdaşlıq haqqında informasiya olan Qaregin Njde kimi millətçi cərəyana məxsus qaragüruhçu “siyasətçi”nin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atıb.

Sənəddə Ermənistanın millətçi cərəyana məxsus siyasi təşkilatları arasında 2018-ci ilin payızında siyasi partiya kimi qeydiyyata alınmış “Sasna srer” fərqləndirilir. Vurğulanır ki, “Sasna srer” ideologiyasının əsasını Ermənistan Respublikasını “cinayətkar Rusiya-Türkiyə sözləşməsinin törəməsi“ (1921-ci ilin Moskva müqaviləsi) kimi tanımaqdan imtina etmək və “yeni dövlət yaratmaq” uğrunda mübarizə aparmaq təşkil edir. Məruzədə deyilir: “Partiyanın açıqlanmış məqsədləri Ermənistanın həm indiki ərazisinin, həm də Dağlıq Qarabağın daxil olduğu “yeni Ermənistan yaratmaq”, habelə xarici ölkələrdə yaşayan erməniləri ümummilli referendum vasitəsilə birləşdirməkdir”. Bundan əlavə, partiyanın proqram göstərişlərində guya “Rusiya müstəmləkəçiliyi tərəfindən tapdalanmış” hüquqların bərpa olunması, "Naxçıvanda və Axuryan çayının qərbində Ermənistan hakimiyyətinin səlahiyyətinin bərqərar edilməsi" vəzifəsi xüsusi vurğulanır. Xatırladılır ki, bu partiyanın tərəfdarları 2016-cı ilin iyulunda Yerevanda post-patrul xidməti alayının binasına silahlı hücum ediblər. Nəticədə iki polis həlak olub. Partiya 2018-ci ilin parlament seçkilərində seçicilərin səslərinin 1,82 faizini toplayıb (Azərtac).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər