Sosial şəbəkələrdə və bəzi saytlarda tanınmış jurnalist Fuad Abbasovun azadlığa çıxması xəbəri yayılmaqdadır.
Fuad Abbasovun vəkili Elman Paşayev musavat.com-a açıqlamasında yayılan xəbəri təkzib edib
Qeyd olunur ki, Fuad Abbasovun guya azad olunduğuna dair yayılan video köhnədir. Fuad Abbasov hələ də izolyatordadır və onun oradan buraxılması 28 may tarixində gözlənilir.