Gürcüstanın müdafiə naziri Levan İzoria Azərbaycana səfəri çərçivəsində Müdafiə naziri, general-polkovnik Zakrir Həsənovla görüşəcək.
Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, görüşdən sonra Gürcüstan və Azərbaycan arasında 2019-cu il üçün hərbi sahədə əməkdaşlıq planı imzalanacaq. L.İzoria həmçinin Türkiyənin müdafiə naziri Hulusi Akarla da görüşəcək və hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.
İkitərəfli görüşlərdən sonra Gürcüstan-Azərbaycan-Türkiyə formatında nazirlərin üçtərəfli görüşü baş tutacaq. Görüşdə regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, iyunun 12-də keçiriləcək üçtərəfli görüşdə iştirak etmək üçün L.İzoria artıq Qəbələdədir.