UNESKO Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində Dünya İrs Mərkəzinin Dünya İrsi Siyahısına daxil olan 1092 təbii və mədəni abidənin 5-nin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməsi müzakirə olunacaq.
Teleqraf.com xəbər verir ki, bunlardan birincisi Hindistanla Banqladeşin sərhədində yerləşən və dünyanın ən böyük manqrov meşəsi olan Banqladeşə məxsus Sundarban meşəsidir. Adı benqal dilində gözəl meşə mənasını verən meşənin Hindistandakı hissəsi milli park elan edilib. Sundarban meşəsi 1997-ci ildə Dünya İrsi Siyahısına daxil edilib. Meşənin Banqladeşə məxsus hissəsində isə ekoloji böhran hökm sürür və bu səbəbdən onun Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməsi gözlənilir.
İkinci irs Bolqarıstanın tarixi Nessebar şəhəridir.
Üçüncü irs Ohrid regionunda Albaniya və Şimali Makedoniya Respublikasına aid təbii və mədəni irsdir.
Dördüncü irs Kaliforniya körfəzində yerləşən Meksikaya məxus adalar və qorunan ərazilərdir.
Beşinci irs Nepala məxsus Katmandu vadisidir.
Bu mədəni və tarixi irs nümunələri təhlükədədir və onların Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil ediləcəyi gözlənilir.