29 İyul 2019 18:43
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Məclisdə qəbul olunan qanunların əksəriyyəti, təxminən 70-80%-i Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü əsasında təqdim olunan layihələrdir”.

Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, parlamentin qanunvericilik işlər planı əsasən 3 istiqamətdə hazırlanır: “Birincisi, qanunvericilik təşəbbüsü hüququ olan subyektlərdən daxil olan sənədlərdir. Əlbəttə ki, bu hüquqdan ən çox Prezident İlham Əliyev istifadə edir”.

S.Mirzəyev vurğulayıb ki, ikinci istiqamət Milli Məclisin komitə və deputatları tərəfindən təqdim olunan qanunvericilik layihələridir: “Bu layihələr qeydiyyata alınır. Çünki layihəni üzə çıxarmaq üçün o bir çox mərhələ və razılaşmalardən keçməlidir. Bu sahədə biz bütün dövlət orqanları çox sıx əməkdaşlıq şəkilində çalışırıq. Prezident Administrasiyası, Nazirlər Kabinetinin Aparatı, nazirliklər, dövlət komitələrinin rəhbər işçiləri ilə bu sahədə yaxından əməkdaşlıq olunur. Üçüncü istiqamət isə əlbəttə ki, birbaşa əhalidən gələn təkliflərdir. Bu da parlamentin Aparatında təhlil olunur. Ağla sığan məsələlər nəzərə alınır və biz çalışırıq ki, əhalinin təqdim etdiyi təkliflərə çox diqqətlə yanaşaq. Bu baxımdan çalışırıq ki, qanunvericilik işlər planında bütün bu üç aspekt öz əksini tapsın. İnanıram ki, payız sessiyası üçün çox məzmunlu plan tərtib edə biləcəyik”./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər