1 Sentyabr 2019 13:13
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Azərbaycanda minimum əməkhaqqı artır.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən cari il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılıb.

Qeyd edək ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər