Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, iclasda 2019-cu il payız sessiyasının qanunvericilik işləri planı, "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Konstitusiya Qanununun ləğvi barədə" Konstitusiya Qanunu (ikinci səsvermə), "Texniki tənzimləmə haqqında" qanun layihəsi, "Ələt azad iqtisadi zonası haqqında" qanuna dəyişiklik, "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi və digər məsələlər müzakiyərə çıxarılacaq.
Ümumilikdə, iclasın gündəliyinə 20 məsələ daxildir.