24 Fevral 2020 11:35
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasımda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, əsas məqsəd Xocalının beynəlxalq məhkəmələr müstəvisində soyqırımı kimi tanıdılmasıdır:

“Azərbaycan xalqı Xocalı faciəsinin 28-ci ildönümünü qeyd edir. Xocalı faciəsi xalqımızın ağrılı yarasıdır. Azərbaycan xalqı onların xatirəsini öz yaddaşında saxlayır və böyük ehtiramla onları yad edir.

Bu gün Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir. Çox müsbət haldır ki, 10-dan artıq ölkənin parlamenti və bir çox ölkənin yerli qanunverici orqanları səviyyəsində Xocalı insanlıq əleyhinə cinayət və soyqırımı aktı kimi qəbul edilib. Əsas məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırımının tanıdılmasına nail olunmasıdır ki, bu prosesdədə ictimai məlumatlandırma, Xocalıya ədalət kampaniyası, vətəndaş cəmiyyəti təşkilatlarımızın, diplomatik nümayəndəliklərimizin və diaspor təşkilatlarımızın fəaliyyəti çox önəmli xarakter daşıyır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər