10 İyul 2020 17:29
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda Azərbaycanın şəxsi heyəti arasında bir nəfərdə virusa yoluxma halı baş verib və o, nəzarətə götürülüb.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Digər diplomatik nümayəndəliklərimizdə, səfirliklərimizdə də yoluxma halları baş verib . Xüsusilə Macarıstan diplomatik mərkəzimizdə yoluxma qeydə alınıb", - deyə o bildirib.

Hikmət Hacıyev qeyd edib ki, cəzaçəkmə müəssisələrində yoluxma halları artıb: "Burada cəzaçəkənlərlə yanaşı Penitensiar xidmət əməkdaşları arasında da yoluxma halları qeydə alınıb. Vətəndaşlarımızın bütün müraciətlərləri nəzərə alınır və dövlət tərəfindən müvafiq tədbirlər görülür. 12 saylı cəzaçəkmə müəssisəsində 11, 14 saylı müəssisədə 5, 4 saylıda isə 3 məhkumun test nəticələri pozitiv çıxıb. Xanım məhumlardan ikisi şərti olaraq azadlığa buraxılıb. Digərləri isə izolyasiya edilib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər