16 İyul 2020 11:21
2 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hamımız qaydalara əməl etsək, virus ötürülməz, 15-20 gün ərzində yox olar, epidemiya dayanar. Bədənin immmuntet qazanma üsulları isə peyvənd vurdurmaq, infeksiya keçirmək və plazma ilə təmin olunmaqdır".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə Səhiyyə Nazirliyi Koronavirus Elmi Şurasının üzvü, professor Tofiq Özlü deyib.

O bildirib ki, COVID-19 virusuna qarşı bu üsullar da tam etibarlı sayılmır: “İnfeksiyanı keçənlərin əksəriyyətinin orqanizmində COVID-19-a qarşı əks-cisimlərin meydana gəlməsinə baxmayaraq, virusdan müdafiə olunub-olunmamaları dəqiq məlum deyil. Bəzi xəstələrdə ömür boyu, bəzilərində isə 3-4 ay sürən qoruyuculuq olur.

COVID-19-a yoluxanların təkrar infeksiyanı keçirib-keçirməyəcəyini dəqiq bilmirik. Virusa qarşı təsirli və etibarlı bir vaksin isə hələ tapılmayıb. Tapılacaq vaksinin də təsir müddəti bilinməyəcək".

Professor virusun tez bir zamanda mutasiyaya uğraya biləcəyinə də işarə edib: “Viruslar genetikasını dəyişdirərək sürətli mutasiya keçirir. Burda bir əsas çıxış yolu var. Virusa yoluxmamağa diqqət etməliyik. Hamımız qorunsaq, qaydalara əməl eləsək, virus 15-20 gün ərzində yox olar, epidemiya dayandırılar”.

Qeyd edək ki, Türkiyədə son zamanlar koronavirusa yoluxma sayı 1000-dən aşağı düşüb, ölüm halları isə 20-dən azdır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər