14 Oktyabr 2020 22:26
4 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran və Moskvanın İran ərazisindən istifadə etməklə Ermənistana silah- sursat göndərməsinə etiraz olaraq, Güney Azərbaycanda kütləvi etiraz aksiyalarına çağırış edilib.

Teleqraf.com xəbər verir ki, Güney Azərbaycandan olan bir qrup milli- mədəni fəal xalqa dinc aksiyalar üçün müraciət ünvanlayıb.

Fəalların yaydığı çağırışda bildirilib ki, İran və Rusiya Ermənistanı silahlandırır: “İran və Rusiyanın Nurduz sərhəd-buraxılış məntəqəsi vasitəsilə Ermənistana göndərdiyi silah- sursat Azərbaycan xalqına qarşı qətliam törədilməsi və Ermənistanın işğalçılıq siyasətini davam etdirməsində istifadə olunur”.

Qeyd edib ki, Ermənistan Nurduzdan ötürülən silahlarla Gəncə və digər iri şəhərlərdə Azərbaycanın yaşayış məntəqələrini bombalayır: “Buna etiraz olaraq, Güney Azərbaycandan olan fəallar Azərbaycandan olan qardaş və bacılarına dəstəyini nümayiş etdirmək üçün bazar günü insanları dinc yürüşlərə dəvət edir”.

Saat 17:00-da başlayacaq yürüşlərin Təbriz, Urmiya, Ərdəbil, Zəncan və Tehranda keçirilməsi planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər