Dağlıq Qarabağdakı vəziyyət tənzimlənmədən MDB-də əməkdaşlığın hərtərəfli inkişafı mümkün deyil.
Teleqraf.com-un məlumatına görə, bunu Baş nazir Əli Əsədov MDB Hökumət başçıları şurasının videokonfrans formatında keçirilən iclasında deyib.
O bildirib ki, Azərbaycan BMT üzv dövlətləri ilə əməkdaşlığın inkişafına maraqlıdır:
“Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıqda maraqlıdır. Amma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədən Birlik çərçivəsində hərtərəfli əməkdaşlıq mümkün deyil”.