13 Noyabr 2020 11:25
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bugünkü plenar iclasında bu ilin 8 may tarixində, Şuşanın işğal günü Milli Məclisdə çıxış edən şuşalı Əsra Məmmədli də iştirak edir.

Spiker Sahibə Qafarova Əsra Məmmədlini Milli Məclisin tribunasına dəvət edib.

Teleqraf.com xəbər verir ki, Əsra Məmmədli çıxış edib:

“Mən Şuşadanam. Artıq azad Şuşadanam. Artıq hamı bilir, bütün dünya bilir ki, işğala son qoyuldu. Azərbaycan xalqı öz torpağına sahib çıxdı. Allahdan şəhidlərimizə rəhmət diləyirik. Ali Baş Komandan bizi doğma torpağımıza qovuşdurdu.
Bayrağımız, Cəbrayılda, Zəngilanda, Füzulidə və bütün Azərbaycan torpaqlarında dalğalanır. Artıq mən qaçqın deyiləm. Öz evimə qayıdıram”.


Müəllif: Cavad

Oxşar xəbərlər