18 Noyabr 2020 09:52
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 noyabr tarixində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın aparıcı televiziya kanallarından olan “Televiziya Evropa” kanalının emblematik “Svobodna zona” verilişinin aparıcısı, nüfuzlu telejurnalist Qeorqi Koritarovun canlı efirdə qonağı olub. Bir saat davam edən müsahibə zamanı səfir Ermənistanın ölkəmizə qarşı 30 il davam edən hərbi təcavüzü, Dağlıq Qarabağ bölgəsi daxil olmaqla ölkəmizin işğal altında olan bütün ərazilərə dəymiş ziyan, burada aparılmış qanunsuz məskunlaşma, Azərbaycan xalqının mədəni mirasının Ermənistan tərəfindən talan olunması barədə məlumat təqdim etmişdir.

10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Kəlbəcər, Laçın və Ağdam rayonlarının müvafiq cədvələ uyğun olaraq Azərbaycana geri qaytarılmalı olduğunu bildirən səfir münaqişənin tarixi barədə məlumat verərək ölkəmizin Azərbaycan Respublikası ərazilərinin Ermənistanın tərəfindən işğalı nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma torpaqlarından didərgin düşdüyünü söyləmişdir. Səfir konkret şəkillər göstərməklə 1993-cü ildə Ermənistan tərəfindən Kəlbəcər rayonunun işğalı zamanı Azərbaycanlı mülki əhaliyə sadəcə 10 saat vaxt verildiyini, onların yaşadığı evlərdən ayaq yalın getmək məcburiyyətində qaldıqlarını, indi isə Azərbaycan tərəfindən humanizm nümayiş etdirərək Kəlbəcərdə qanunsuz yaşayan şəxslərin bu bölgəni tərk etmələri üçün əlavə 10 gün möhlətin onlara verildiyini həmsöhbətinin diqqətinə çatdırmışdır.

Hal-hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərə və cəbhə zonasından uzaqda yerləşən şəhər və kəndlərə vurulmuş ziyanın hesablandığını bildirən səfir 44 gün ərzində aparılmış hərbi əməliyyat zamanı Azərbaycan tərəfindən həlak olmuş mülki əhalinin sayına və mülki infrastruktura dəymiş ziyana diqqət çəkmişdir.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini atəşə tutduğunu bildirən səfir BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycanın özünümüdafiə və işğal olunmuş ərazilərini azad etmək hüququna sahib olduğunu vurğulamışdır. Türkiyənin regiondakı rolu barədə sualı cavablandıran səfir Türkiyənin son hərbi əməliyyatlar zamanı ölkəmizə yaxın və dost ölkə olaraq yalnız siyasi dəstək göstərdiyini, ölkəmizin 100 min nəfərdən ibarət nizami orduya və ən müasir hərbi texnikaya malik olduğunu və hər hansı kənar qüvvənin hərbi yardımına ehtiyacının olmadığını qeyd etmişdir.

Bununla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və dini abidələrə qarşı Ermənistan tərəfindən törədilmiş vandalizm aktları müvafiq şəkillərdən istifadə etməklə bolqar tamaşaçılarının diqqətinə çatdırılmışdır. Bu xüsusda, Azərbaycanın xristian mirası və ölkəmizdə mövcud multikulturalizm ənənələri barədə ətraflı məlumat verilmişdir.

Müsahibələrin tam mətni ilə növbəti internet keçidlər vasitəsilə tanış olmaq mümkündür:

https://www.tvevropa.com/2020/11/stabilni-li-sa-osnovite-za-mira-v-nagorni-karabah/

https://www.tvevropa.com/2020/11/ima-li-myasto-za-rusko-tursko-posrednichestvo-mezhdu-baku-i-erevan/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər