10 Dekabr 2020 01:40
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlir. Bakı və İrəvana gəlib nədən danışacaqlar, nəyi müzakirə edəcəklər? Bu sual özlərinə də maraqlı olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanla sərhəd məsələləri iki ölkə arasında həll edilir, ATƏT-in Minsk qrupuna üzv dövlətlərin buna aidiyyatı yoxdur:

“Qarabağla bağlı məsələyə gəldikdə, bu proses Ankara-Bakı-Moskva formatında gedir. Ortada üç dövlətin lideri tərəfindən imzalanmış bəyannamə var. Hesab edirəm ki, bu anlaşmaya uyğun olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə erməni hərbi birləşmələri çıxarılmalıdır. Növbəti mərhələdə isə məcburi köçkün olan azərbaycanlıların həmin ərazilərə qayıdışı təmin edilməlidir. Yəni burada Minsk qrupunun görə biləcəyi bir iş, həll edəcəyi məsələ yoxdur. Bundan sonra həmsədrlərin gedən prosesə töhfə verəcəyi mümkün deyil.

Yenə də öz şakərlərinə sadiq qalaraq çalışacaqlar ki, ermənilərə dəstək versinlər və silahlı erməni birləşmələrinin həmin ərazilərdə qalmasına şərait yaratsınlar. Buna görə də Azərbaycan artıq bu formata son verməlidir. Ermənistan hər nə qədər Minsk qrupu formatının qalmasında maraqlı olsa da, bu, Azərbaycan üçün bitmiş məsələdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər