Azərbaycan Milli Məclisi Vergi Məcəlləsinə dəyişiklik edib.
Teleqraf.com xəbər verir ki, məcəllənin 212.1 ci maddəsi yeni redaksiyada verilir.
Məcəllənin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 günü ərzində dövlət büdcəsinə köçürülür.