21 Dekabr 2020 22:14
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu çirkin kampaniyanın başında Fransa dövləti durur. Fransa siyasi korrupsionerləri bu “iş”də fəaldır. Məqsədləri bölgədə münaqişəni qızışdırmaqdan ibarətdir. Məğlub olmuş erməni ordusunu, xalqını psixoloji baxımdan Azərbaycana qarşı nifrətlə yükləməyə çalışırlar. Yanlış, təhlükəli vədlər verilir. Mövcud olmayan rejimi gündəmə gətirmək erməniləri aldatmaqla bərabər, çirkin maraqlardan xəbər verir.

Bunu Teleqraf.com-a Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.

O qeyd edib ki, Fransanın senatında və milli assambleyasında qəbul olunan qətnamələrin kəskinliyi, qərəzliliyi və təhlükəlilik əmsalı getdikcə aşağı düşür.

Deputat Belçika partalmentinin qəbul etdiyi uydurma qətnamədə əsassız, yalan, böhtan xarakterli fikirlərin yer aldığını söyləyib: “Amma bunlar Fransanın qəbul etdiyi qətnamalərdən fərqlənir. İlk növbədə qətnamələrdə BMT Təhlükəsizlik Şurasının 4 qətnamsinə istinad var. Bu çox mühüm məqamdır. Bu istinadlar birmənalı şəkildə Azərbaycanın maraqlarına uyğundur. Digər bir məqam isə Belçikanın qəbul etdiyi “qətnamə”də qondarma qurumun tanınması ilə bağlı hər hansı bir məqam yoxdur. Bu fransız siyasətçilərinin yaymaq istədikləri təhlükəli siyasi virusun sınma, qırılma nöqtəsidir. Belçika kimi fransız dilli, onun protektoratlığı altında olan bir ölkənin parlamentinin fransalı siyasilərdən fərqli reallığı dərk etməsi, beynəlxalq hüquqa sadiqliyi müəyyən mənada qeyd olunmalıdır. Amma bütün hallarda bu “dalğa” qırılmaqdadır. Fransız siyasətçilər, Emmanuel Makron bu məsəslədə tərəfdaş tapa bilmədi”.

Azay Quliyevə görə, Fransa bu məsələdə təklənən yeganə ölkə oldu ki qanunsuz rejimin tanınması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul etdi: “Bu məsələ Kanada da baş verdi. Orada da müəyyən cəhdlər edildi. Fransız dilli əhali Kanadada çoxluq təşkil edir. Ona görə, Fransız deputatlar düşünürdülər ki, bu oyunu orada da oynamaq olar. Amma ağıllı adamlar, real siyasətçilər hansı oyunun olduğunun fərqindədilər. Bununla da fransız oyunu yekunlaşır. Bu oyun Fransadan kənara çıxa bilmədi”.

Vitse-prezident Niderland parlamentində Azərbaycana qarşı yalan, əsassız “qətnamənin” də eyni ssenarinin davamı olduğunu dedi: “Bu tip ölkələrlə daha çox iş aparılmalıdır. Onlara həqiqətin kimin tərəfində olduğunu izah etməliyik. Bu tip ölkələrə Fransanın təxribatına uyub hər hansı bir qərar qəbul etməsinə imkan verilməlidir. Beynəlxalq hüquqa zidd qərar qəbul etsələr öz imicinə ciddi zərbə olacaq. Azərbaycan bu istiqamətdə işini uğurlu qurub. Bu istiqamətdə fəaliyyət bundan sonra da davam edəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər