Türkiyə Müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayevlə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər də iştirak edib.