20 Fevral 2021 17:49
1 997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın cənubundakı bir quşçuluq təsərrüfatında çalışan yeddi nəfərdə “H5N8” quş qripi aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Qoruması Agentliyinin (Rospotrebnadzor) prezidenti Anna Popova açıqlayıb.

O bildirilir ki, virus insanlarda ilk dəfə görülür: “Virusun insandan insana keçməsi barədə məlumat yoxdur, amma quşlardan insana keçə bilər. Yoluxma erkən aşkarlanıb. Mərhələlər haqqında məlumat Dünya Səhiyyə Təşkilatına ( ÜST ) göndərilib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər