5 Aprel 2021 12:39
3 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Teleqraf.com bildirir ki, Z.Mikayılovla bağlı açıq mənbələrdə məlumat azdır.

O, ölkənin aparıcı supermarketlərindən biri – “BRAVO”nun sahibi olan “Azərbaycan Supermarket” MMC-nin qanuni təmsilçisi olub. Bu şirkət 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. Belə ki, Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında qeydiyyatda olan və nizamnamə kapitalı 2 min manat təşkil edən “Azərbaycan Supermarket” MMC-nin qanuni təmsilçisi Mikayılov Zaur Rauf oğludur.

Bu ilin martın 15-də mediada yayılan məlumata görə, “Azərbaycan Supermarket” MMC-nin direktoru Zaur Mikayılov vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik xarici vətəndaşa (Kevin Paul Landi) həvalə olunub.

“Azərbaycan Supermarket” MMC şirkəti “Bravo” supermarketlər şəbəkəsinin idarə edilməsi ilə məşğuldur.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər