13 Aprel 2021 12:35
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 il müddətində 100 min hektardan çox ərazi yandırılıb. Ermənilər nəinki Azərbaycan torpaqlarına, bütün bəşəriyyətin ekologiyasına sağalmaz yara vurub. Dünya ictimaiyyəti erməni vandallarının regionda törətdiyi bu vəhşilikləri görməlidir.

Bu sözləri jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Cocuq Mərcanlıda yandırılan tut bağları haqqında danışarkən deyib.

O bildirib ki, sovet dövründə bir ildə 240 ton barama tədarük olunurdu: "Olduğumuz ərazinin hər tərəfi minalanıb. Yüzlərlə, minlərlə minalar var. Minalardan başqa partlayıcı maddələr də var ki, onlar hamısı təhlükə mənbəyidir. Ermənilərin əlindən torpaqlarımıza mina basdırmaqdan başqa bir iş gəlməyib. Cəbrayıl rayonunun sonuna qədər yolun sağ və sol tərəfində üzüm bağları olub. Bu ərazilər mütəmadi olaraq yandırılıb. Mənfur düşmənlərimiz bu cür təbiəti məhv edib. Ümumiyyətlə, Cəbrayıl tarixən ipəkçiliklə məşğul olan bir diyar olub. İndi isə burada bir dənə ağac belə görünmür. Bəzi ərazilər dəfələrlə yandırılıb, yanğın baş verən ərazidə isə heç bir canlıdan söhbət gedə bilməz".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər