17 Aprel 2021 11:25
1 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Daxili İşlər nazirinin müavini Aleksandr Qorovoy MDB Parlamentlərarası Assambleyasının plenar iclasında iştirakçı ölkələrin nümayəndələrinə hazırda Rusiya ərazisində olan qanunsuz miqrantlarla profilaktik iş aparılması xahişi ilə müraciət edib.

Teleqraf.com xəbər verir ki, nazir müavini bu xahişi onların məcburi şəkildə Rusiyadan çıxarılmasını önləmək üçün etdiyini bildirib.

“Hazırda mənim ölkəmin ərazisində qanunsuz olaraq bir çox vətəndaşınız var. Prezidentin sərəncamında nəzərdə tutulduğu kimi, bu insanları iyunun 15-dək çıxarmasaq, onlar cəzalandırmaya məruz qalacaqlar. Sərhədlərimiz onların üzünə bağlı qalacaq. Mən öz dövlətlərinizlə, KİV-lə birgə təşviqat işləri aparmağınızı istərdim”, – deyə Aleksandr Qorovoy bildirib.

O qeyd edib ki, hər bir məsələnin həlli üçün xarici dövlətlərin vətəndaşlarına iki ay vaxt verilib. Bilet almaq üçün vaxtı olmayanlar xaric oluna bilərlər. Bu zaman onlar avtomatik olaraq Rusiyaya beş il müddətinə giriş hüququndan məhrum olunacaqlar.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya ərazisində 120 mindən çox Azərbaycan, 61 mindən çox Ermənistan, 49 mindən çox Qazaxıstan, 115 mindən çox Qırğızıstan, 247 min Tacikistan, 332 min Özbəkistan, habelə 152 min Ukrayna vətəndaşı qanunsuz olaraq qalmaqdadır. Bu, lazımi sənədləri və qanuni işi olmayan bir milyondan çox əcnəbi deməkdir.


Müəllif: Səxavət

Oxşar xəbərlər