4 İyun 2021 18:02
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu hadisə erməni barbarlığını ortaya qoydu. Bu, yalnız jurnalistlərə qarşı deyil, əliyalın insanlara, dünya jurnalistikasına, söz azadlığına qarşı yönəlmiş terror hadisəsi idi”.

Teleqraf.com xəbər verir ki, bunu AzTV sədri Rövşən Məmmədov bu gün minaya düşərək həlak olan jurnalistlərin xatirəsini anım məqsədilə keçirilən tədbirdə bildirib.

R. Məmmədov bildirib ki, jurnalistlər- Az TV telekanalının operatoru Sirac Abışov və Azərtac xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov erməni barbarlığını dünyaya çatdırmaq üçün çalışırdılar: "Növbəti ünvan da Kəlbəcərin Susuzluq kəndi idi. Təəssüflər olsun ki, yolda avtobus tank əleyhinə minaya düşüb. 3 həmvətənimiz şəhid olub. Bunların 2-si həmkarımızdır, digər 4 nəfər isə ağır yaralanıb.

“Mən tələb edirəm ki, dünyada jurnalist hüquqlarını müdafiə edən təşkilatlar susmasınlar. Bu hadisə dünyanın aparıcı media kanallarında işıqlandırılmalıdır. Bu, Kəlbəcərdə ermənilərin hər addımda mina basdırmasının sübutudur. Ermənilərin basdırılan mina xəritələrini verməməsinə görə ölən insanların qanıdır”.

Xatırladaq ki, bu gün Kəlbəcərdə “Kamaz” markalı sərnişin avtomobilinin minaya düşməsi nəticəsində 3 nəfər həlak olub. Onlardan ikisi jurnalist, digəri isə RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər