19 İyul 2021 15:08
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekində 53 yaşlı baytar mart ayında iki meymun üzərində araşdırma apardıqdan sonra “Monkey B” (BV) virusuna yoluxaraq vəfat edib.

Teleqraf.com xəbər verir ki, baytar ürək bulanma şikayətindən sonra xəstəxanaya yerləşdirilib.

Bir ay son isə xəstədə yüksək hərarət və nevroloji simptomlar özünü göstərməyə başlayıb.

Ehtimal olunur ki, baytar mart ayında iki meymun üzərində apardığı araşdırmadan sonra BV virusuna tutulub. Bundan sonra bir neçə xəstəxanada müalicə alan baytar vəfat edib.

Həyatından olan baytarla yaxın təmasda olan bütün şəxslər nəzarətə götürülüb və onların testlərinin nəticəsinin neqativ çıxdığı elan olunub.

Meymundan insana keçən virusun təhlükəli olduğu da vurğulanır. Xüsusilə, bu virus heyvanlarla işləyən baytarlar və laboratoriyalar üçün təhdid hesab olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər