7 Noyabr 2014 16:56
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə səfərdə olan Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melani Şults van Haegen-Maas Geesteranusun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir.

Teleqraf.com xəbər verir ki, qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Şəhidlər Xiyabanında Vətənimiz uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad edilib.

İLHAMƏ


Müəllif: