Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 13-də keçiriləcək Avropa Şurasının Nazirlər Komitəsinin iclasında iştirak etmək üçün Strasburqa yola düşüb.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
E.Məmmədyarov iclasda çıxış edərək, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin yekunlarına dair hesabat təqdim edəcək və Azərbaycan Respublikasının altı aylıq sədrlik müddətinin başa çatması ilə əlaqədar sədrliyi Belçikaya təhvil verəcək.
Səxavət