ABŞ konqresmeni Robert Aderholt Prezident Barak Obamaya məktubla müraciət edərək ABŞ-ı Azərbaycana dəstək verməyə çağırıb.
Konqresmen Aderholt öz məktubunda Azərbaycanın ABŞ-ın mühüm müttəfiqi olduğunu, ölkəmizin strateji mövqeyini, Əfqanıstandakı antiterror əməliyyatlarına dəstəyini, Avropanın və İsrailin enerji təhlükəsizliyinə dəstəyini vurğulayıb.
R.Aderholt Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi olaraq diqqətə çatdırıb.
Amerikalı konqresmen Azərbaycan və ABŞ-ın Xəzər dənizi regionunda uzunmüddətli maraq və çağırışları paylaşdığını və bu əhəmiyyətli dövrdə ABŞ-ın öz müttəfiq və tərəfdaşları ilə münasibətləri saxlamasının önəmini qeyd edib. O həmçinin konqresmen Prezident Obamanı və dövlət katibi Con Kerrini Azərbaycana səfir təyin olunması prosesini sürətləndirməyə və yüksək səviyyəli administrasiya rəsmisini Azərbaycana səfərə göndərməyə çağırıb.
Nərgiz