5 Yanvar 2022 20:14
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir.

Qurumdan Teleqraf.com-a verilən məlumata görə, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.

Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər