26 May 2022 14:25
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 23-də Ermənistan-Azərbaycan sərhədini keçən sıravi Eduard Martirosov bu gün Ermənistan tərəfinə qaytarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, çağırışçı mayın 22-də Brüsseldə keçirilən üçtərəfli görüş zamanı əldə olunmuş razılığa əsasən və Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının komandiri, general-mayor Andrey Volkovun vasitəçiliyi ilə Ermənistan tərəfinə qaytarılıb.


Müəllif: Səxavət