4 İyun 2022 01:08
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri - Aleksey Overçukun, Şahin Mustafayevin və Mher Qriqoryanın birgə sədrliyi ilə keçirilən üçtərəfli işçi qrupunun 10-cu iclasından sonra Moskva, Bakı və İrəvan sərhəd, gömrük və digər nəzarət növlərini müzakirə ediblər və mövqelərini yaxınlaşdırıblar.

Teleqraf.com xəbər verir ki, tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini bir araya gətiriblər”.

Baş nazirlərin müavinləri həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən magistralın Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutları müzakirə ediblər.

Tərəflər Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının liderləri arasında regionda nəqliyyat əlaqələrinin açılmasına dair razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər