7 İyun 2022 14:08
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəklədiyini ən yüksək səviyyədə ifadə edib. Türkiyə ilə Ermənistanın normallaşma prosesi üçün xüsusi nümayəndələr təyin etməsini və onların keçirdiyi üç görüşü çox müsbət dəyərləndiririk.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, Türkiyə və Azərbaycanın Ermənistana yönəlmiş müsbət mesajlarının nümunəsidir.

"Türkiyə və Azərbaycan Ermənistana açıq şəkildə deyir ki, bizim Ermənistanla hər hansı problemimiz yoxdur. Ermənistanla normal qonşuluq münasibətləri qurmağın tərəfdarıyıq və Ermənistan da buna müvafiq addımlar atarsa, beynəlxalq hüquqa hörmət göstərərsə, regional həqiqətləri doğru-düzgün başa düşərsə, bu yolda yaxşı nəticələr əldə etmək mümkün olacaq”, - deyə nazir qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər