7 Dekabr 2022 20:28
3 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ərazisindəki görüş və müzakirələr heç vaxt Azərbaycanın xeyrinə olmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyanın Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərinə diqqət çəkib:

“Kreml sahibi Vladimir Putinin sözçüsü Dmitri Peskov patronunun diliylə “Rusiya İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsinə kömək etməyə hazırdır” təklifini səsləndirib. Putinin məqsədi vasitəçilikdə Brüsseli qabaqlamaqdır.

İl ərzində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə dörd görüş keçirilib, beşincisi noyabrda nəzərdə tutulmuşdu, olmadı, dekabra təxirə salındı. Ancaq Paşinyanın “görüşdə Fransa Prezidenti Emmanuel Makron da iştirak etsin” tələbi Brüssel görüşünü sual altına qoyub.

Bundan istifadə edən Kreml təşəbbüsü ələ almağa çalışır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya dəvət edilməsinin səbəblərindən biri də bu idi. Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında Azərbaycan və Ermənistan liderlərinin ilin sonuna qədər görüşə biləcəyini istisna etmədiyini söylədi, ancaq məkan göstərmədi.

Lavrovun Bayramovla görüşünün ardından Kreml məkan yerini göstərdi: “Görüş Rusiyada keçirilsin”.

Rusiya ərazisindəki görüş və müzakirələr heç vaxt Azərbaycanın xeyrinə olmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər