"Qarabağın 30 illik işğalına son qoyan Vətən müharibəsi Türk Dövlətləri Təşkilatının son uğurlarındandır".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə deyib.
Onun sözlərinə görə, hədəf regional və beynəlxalq imkanları rifah naminə qiymətləndirməkdir: "Şimali Kiprin TDT-yə müşahidəçi ölkə kimi üzvlüyü həmrəyliyimizi daha da artırıb".
Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsinə çalışır: "İlk gündən bu istiqamətdə səylərimizi davam etdiririk".