Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov BMT Təhlükəsizlik Şurasında Fransanın ölkəmiz əleyhinə bəyanatını qəbul etmədiklərinə görə Albaniya, Rusiya, BƏƏ və Böyük Britaniyaya təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, diplomat bu barədə Tvitter hesabında yazıb.
“Fransa BMT Təhlükəsizlik Şurasında Laçınla bağlı qərəzli ermənipərəst bəyanatını irəli sürmək cəhdində Azərbaycana növbəti döyüşü uduzdu və bu təşəbbüs BMT Təhlükəsizlik Şurasının digər üzvlərinin sərt reaksiyasına səbəb oldu. Albaniya, Rusiya, BƏƏ və Böyük Britaniyaya təşəkkürlər. Azərbaycan diplomatlarının mükəmməl işi”, - Sadıqov bildirib.