28 İyun 2023 23:22
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşlərin cədvəlində heç bir dəyişiklik yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı deyib.

"Biz təsdiq edirik ki, görüşlər bu gün keçirilir. Görüşlərin cədvəlində heç bir dəyişiklik yoxdur. Biz belə görüşlərin keçirilməsindən çox məmnunuq. Dövlət katibinin xarici işlər nazirləri ilə görüşmək imkanı olub”, - deyə o bildirib.

Qeyd edək ki, Blinken iyunun 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib. Daha sonra nazirlər 4-5 saatlıq fasilələrlə davam edən ikitərəfli formatda danışıqları davam etdiriblər.

İclaslar iyunun 29-dək davam edəcək. Əsas mövzu sülh müqaviləsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər