1 Sentyabr 2023 13:57
5 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təxribata məhz sentyabrda əl atmaq iki il əvvəl bu ayda başlamış Vətən Müharibəsində Azərbaycanın qazandığı qələbəni “sıfırlamaq” və revanş məqsədi daşıyır”.

Teleqraf.com xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

Ekspert Ermənistanın şərti sərhəddə Azərbaycana qarşı son təxribatlarına diqqət çəkib:

“Baş verənləri bir neçə amillə izah etmək olar:

“Birinci, erməni tərəfi uzun müddətdir döyüşlərə hazırlaşırdı. Bu haqda dəfələrlə deyilib.

İkinci, son 8 ayda Hindistandan İrana, oradan Zəngəzura 750 milyon dollarlıq silah daşınmasına dair məlumatlar vardı.

Üçüncü, ermənilər tərəfindən PUA tətbiqinin yeni müharibəyə hazırlığın əsas əlaməti olduğunu desək, səhv olmaz. İran PUA-larının Ukraynada tətbiqi Ermənistanın iştahını artırmışdı.

Dördüncü, təxribata məhz sentyabrda əl atmaq iki il əvvəl bu ayda başlamış Vətən Müharibəsində Azərbaycanın qazandığı qələbəni “sıfırlamaq” və revanş məqsədi daşıyır.

Beşinci, Paris merinin Ermənistana nəticəsiz səfərindən sonra belə bir təxribatın olacağı gözlənilən idi. Bundan dərhal sonra sərhəddə gözləyən “humanitar yük” TIR-larının sözün əsl mənasında tanka-topa çevrilib, səngərə enmələri birbaşa onların sifarişidir.

Altıncı, Qarabağda təxribat cəhdi baş tutmadı, buna görə də dərhal istiqaməti şərti dövlət sərhədinə çəkməyə başladılar.

Yeddinci, Basarkeçər istiqamətində Azərbaycana qarşı təxribata əl atan terrorçular mülki evlərdə gizlədilib. Mülki əhali və obyekt seçimi Qarabağ ətrafında qurulan “humanitar böhran” zəncirinin halqalarından biridir.

Səkkizinci, bununla 44 günlük savaşdakı tarixi qələbəsindən sonra Azərbaycana qarşı qarşı başqa bir cəbhə açmağa çalışırlar.

Doqquzuncu, Ermənistan bu təxribata dünyaya “Azərbaycan Qarabağ ermənilərindən sonra indi də bizə hücum edir” yalanını sırımaq üçün getdi.

Onuncu, nə təsadüfdürsə, Avropa diplomatiyasının rəhbəri Jozef Borrelin Avropa Birliyi xarici işlər nazirlərinin toplantısında Azərbaycan əleyhinə çağırışından sonra İrəvana təxribat törətməyə başlayır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər