7 Sentyabr 2023 17:36
4 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ məsələsi Almaniya hökumətinin maraqlarından kənardadır”.

Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın Erlangen-Nürnberq Universitetinin erməni müəllimi, siyasi ekspert Qurgen Petrosyan deyib.

“Almaniya Ermənistanla bağlı siyasətində kifayət qədər mühafizəkardır və bunun tarixi əsası var. Çünki Almaniyada kifayət qədər böyük türk diasporu mövcuddur. Türklərin alman hakimiyyətləri ilə kifayət qədər yaxın əlaqələri var”, - ekspert bildirib.

Petrosyan türklərin Köln şəhərində qondarma erməni soyqırımı abidəsinin qoyulmasının qarşısını aldıqlarını da vurğulayıb. Onun iddiasına görə, Almaniya hökuməti adətən türk ictimaiyyətinin tələblərini yerinə yetirməkdə maraqlıdır. Petrosyan qeyd edib ki, bu səbəbdən 2016-cı ildə Almaniya Bundestaqında qəbul edilmiş “erməni soyqırımı” ilə bağlı qətnamə kağız üzərində qalıb.

“Qarabağ məsələsinə gəlincə, Almaniya bunu öz maraqları çərçivəsindən kənarda hesab edir”, - ekspert söyləyib.

Petrosyan Almaniya hökumətinin sözçüsünün ermənilərin “Qarabağda soyqırımı törədildiyi” iddiasına haqq qazandırmadığına diqqət çəkib:

“Hökumətin sözçüsü bunun (“soyqırımı”) təbliğat və ya taktiki terminologiya olduğunu bildirdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər