8 Sentyabr 2023 21:28
2 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan Azərbaycan ordusunun Qarabağda antiterror əməliyyatına hazırlaşdığını bilərək, Rusiyanın mümkün seyrçi mövqeyinin tənqidinə əvvəlcədən zəmin yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistanın Rusiya əleyhinə mövqeyini sərtləşdirdiyini bildirib:

“Ermənistan Baş naziri Nikol Paşinyan anti-Rusiya ritorikasını atırmaqla və bu yolla Kremli qəzəbləndirməklə nəyə ümid edir? Onun özünə də aydın olmamış deyil ki, ABŞ və ya Fransa Ermənistan üçün Rusiyanı əvəz edə bilməyəcək.

Fikrimcə, Nikol Paşinyan Azərbaycan ordusunun Qarabağda antiterror əməliyyatına hazırlaşdığını bilərək, Rusiyanın mümkün seyrçi mövqeyinin tənqidinə əvvəlcədən zəmin yaradır ki, sabah “mən axı deyirdim, Ermənistanın Rusiya ilə ittifaqı yanlış idi və Rusiya Cənubi Qafqazı tərk edib” fikrinə istinad edə bilsin.

Kremlin Qarabağda antiterror əməliyyatına mümkün reaksiyasına gəlincə, Rusiyanın Azərbaycana dəstəyi lazım deyil, bizə mane olmasın. Rusiyalı hərbçilər Xocalıdakı qərargahlarından kənara çıxmasınlar, bu yetərlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər