Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb.
Teleqraf.com “Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev məlumat verib.
Onun sözlərinə görə, Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi ərzaq və qeyri-ərzaq məhsulları Xankəndidə müvafiq anbara boşaldılıb:
“Artıq onlar Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıblar. Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları bu gün ölkələrinə yola düşəcəklər”.
Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib.