Ermənistan Yerasxdakı (Arazdəyən) metallurgiya zavodunu başqa yerə köçürür.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Birliyinin Ermənistandakı monitorinq missiyası X sosial şəbəkəsində məlumat yayıb.
Missiya tikintisi dayandırılan zavoddakı materiallar və avadanlıqların başqa yerə köçürüldüyünü bildirib.
Qeyd edək ki, ekoloji cəhətdən təhlükəli olan zavodun Araz çayı yaxınlığında tikilməsi Azərbaycanda etirazlara səbəb olmuşdu.