Almaniyanın Federal Hökuməti Qarabağın “müstəqilliyini” və orada bu yaxınlarda keçirilmiş “seçkiləri” tanımır.
Teleqraf.com xəbər verir ki, bu barədə AFR Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Xarici İşlər Nazirliyindən qeyd ediblər ki, Almaniya Avropa İttifaqındakı tərəfdaşları ilə birlikdə Ermənistan ilə Azərbaycan arasında münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində hər iki dövlətin ərazi bütövlüyü əsasında uzunmüddətli tənzimlənməsinə nail olması üzrə səyləri dəstəkləyir.