16 Sentyabr 2023 17:18
11 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında böyük fərqlər var”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.

“İlham Əliyevlə Nikol Paşinyan və Azərbaycanla Ermənistan arasında necə də təəccüblü təzad var.

İlham Əliyev: 44 günə İkinci Qarabağ Müharibəsində qələbə, postsovet məkanının ən yaxşı ordularından biri, görkəmli siyasətçi və dövlət xadimi, güclü və birləşmiş Azərbaycan cəmiyyəti, hakimiyyətin effektiv siyasi modeli. İlham Əliyev hər il Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirərək gələcəyə baxır.

Nikol Paşinyan: kapitulyator, 10 minlik fərarisi olan ordu, “məxməri inqilab”la hakimiyyətə gətirilmiş şəxs, atomlaşmış və ziddiyyətlərlə parçalanmış erməni cəmiyyəti, səmərəsiz və alçaldıcı hakimiyyət modeli, Ermənistanı Qərbin vassalı və Cənubi Qafqazın marginalına çevirmək. Ermənistanın gələcəyi yoxdur, əhali kütləvi şəkildə daha firavan ölkələrə köç edir”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər